İranın devrilmiş şahının oğlu, vəliəhd Rza Pəhləvi "böyük İran ailəsi"nə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, müraciətdə İranda yaşayan müxtəlif etnik qrupların nümayəndələri də ona qoşulublar. Onların arasında özünü Qacar sülaləsinin varisi elan edən şəxs də olub.
Çıxışında Rza Pəhləvi İran xalqı arasında birliyə çağırıb və bu ərazilərin sakinlərini "böyük İran ailəsi" adlandırıb.
"Biz qanunun aliliyi naminə, bütün ayrı-seçkiliyə son qoymaq, fərdi azadlıqları təmin etmək və vətəndaşların qanun qarşısında bərabərliyini təmin etmək naminə "Aslan və Günəş" bayrağı altında vahid və demokratik İrana sadiqik. Biz İranın azadlığı və təhlükəsizliyinin tərəfdarıyıq", - deyə Pəhləvi vurğulayıb.
Bakı 




