• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Pezeşkian Trampa mesaj göndərdi

DÜNYA

30 Mart 2026 | 00:46 | Müəllif: Əli Hüseynov

Pezeşkian Trampa mesaj göndərdi

ABŞ-də “No Kings” şüarı ilə keçirilən kütləvi etiraz aksiyaları beynəlxalq diqqət mərkəzinə düşüb. İran Prezidenti Məsud Pezeshkian bu hadisələrə münasibət bildirərək Vaşinqtona dolayısı ilə mesaj verib.

Bakıvaxtı.az xəbər verir ki, Pezeşkian bildirib ki, ABŞ-də süni intellekt sahəsində çalışan mütəxəssislər ölkədəki real vəziyyəti Donald Trampa çatdırmalıdır. Onun sözlərinə görə, “No Kings” etirazları Amerika cəmiyyətində dərin narazılığın göstəricisidir.

İran prezidentinin fikrincə, ABŞ vətəndaşlarının bir hissəsi “Israel First” siyasətindən narazıdır və hesab edir ki, İsrail rəhbərliyi Amerika demokratiyasına təsir edir. Bu narazılıq isə artıq küçə aksiyalarında açıq şəkildə özünü göstərir. /musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026