ABŞ Rusiya nümayəndə heyətinin üzvünə Nyu Yorkda 27 apreldə başlayan və 8 maya qədər davam edəcək BMT İnformasiya Komitəsinin iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
Onun sözlərinə görə, viza almaq üçün sənədlər vaxtında təqdim edilib.
O, BMT Katibliyini arbitraj proseduruna başlamaq da daxil olmaqla, “bu qəddar, siyasiləşdirilmiş təcrübəyə son qoymaq üçün” tədbirlər görməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskin isə daha bir rusiyalı diplomatın G20 sammitindən əvvəl Bretton Vuds institutlarının yaz görüşlərindən kənarlaşdırıldığını bildirib.
Bakı 




