• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çin Niderlandı ərazi suverenliyini pozmaqda ittiham edib

DÜNYA

28 May 2026 | 19:42 | Müəllif: Əli Hüseynov

Çin Niderlandı ərazi suverenliyini pozmaqda ittiham edib

Çin hökuməti Niderland hərbi gəmisinin Cənubi Çin dənizində ölkənin ərazi sularına daxil olduğunu bəyan edib.

Bakıvaxtı.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, söhbət Parasel adaları akvatoriyasından keçən "De Ruyter" freqatından gedir.

Bu arxipelaq üzərində nəzarət 1974-cü ildə Çin tərəfindən bərqərar edilib, lakin Vyetnam və Tayvan da adalara iddia irəli sürürlər.

Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjay Şiçen freqatı Çinin ərazi suverenliyini, həmçinin dəniz və hava təhlükəsizliyini pozmaqda ittiham edib.

Niderland Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Çin tərəfinin ittihamlarını təkzib edirlər.

"Freqat ərazi sularında olmayıb. O, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir", - deyə Niderland HDQ-nin nümayəndəsi Marinka Hiraldo Vos-van Kooten bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026