İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında dayandırılmış aviareyslər bu həftə yenidən bərpa olunacaq.
Bakıvaxtı.az IRNA-ya istinadən xəbər verir ki, bunu İran Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid İxvan bildirib.
Onun sözlərinə görə, iki ölkənin mülki aviasiya qurumlarının nümayəndələri arasında danışıqlar aparılıb.
Diplomatik kanallar vasitəsilə həyata keçirilən müzakirələrdən sonra Tehran və Əbu-Dabi arasında qarşılıqlı uçuşların bu həftə yenidən başlanması barədə razılıq əldə olunub.
Qeyd edək ki, İran və BƏƏ arasında aviareyslər ABŞ və İsrailin 28 fevral 2026-cı ildə İrana endirdiyi zərbələrdən sonra dayandırılmışdı.
Bakı 



