• Bakı 24° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Leyla və Arzu Əliyevalar “CandyFest”də - FOTOLAR

SİYASƏT

27 Iyun 2026 | 11:39

Leyla və Arzu Əliyevalar “CandyFest”də - FOTOLAR

İyunun 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Bulvarında keçirilən “CandyFest” yay festivalını ziyarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə qonaqlara festival barədə ətraflı məlumat verilib.

Bildirilib ki, iyunun 1-dən başlayan festival iyulun sonunadək davam edəcək. Burada hər yaş qrupundan olan qonaqlar üçün təqdimatlar nəzərdə tutulub. Qeyd olunub ki, festival zamanı hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və əyləncə proqramları təşkil olunur.

Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva festival çərçivəsində təşkil olunmuş yarmarka ərazisi və müxtəlif köşklərə baş çəkiblər. Qonaqlar köşklərdə təamların dadına baxıb, festival ziyarətçiləri ilə görüşüb, şəkillər çəkdiriblər. Ziyarət zamanı qonaqlara müxtəlif hədiyyələr də təqdim olunub.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva açıq səma altında keçirilən “Sehrli mirvari” su sirki şousunu izləyiblər. Daha sonra nağıl qəhrəmanlarının iştirakı ilə işıq, musiqi və akrobatik elementlərin yer aldığı tamaşa nümayiş olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026