Futbol üzrə dünya çempionatının H qrupunun III turunda Kabo-Verde ilə Səudiyyə Ərəbistanı üz-üzə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Hyustonda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Bu nəticə sayəsində Kabo-Verde ardıcıl üçüncü oyununda da məğlub olmayaraq 3 xalla qrupu ikinci pillədə tamamlayıb və tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.
Kabo-Verde növbəti mərhələdə son dünya çempionu Argentina ilə qarşılaşacaq. Səudiyyə Ərəbistanı isə 2 xalla H qrupunu sonuncu sırada başa vuraraq mundialla vidalaşıb.
Bakı 



