• Bakı 28° C

    16.77 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Poqaçar beşinci dəfə "Tour de France"ın qalibi oldu

İDMAN

26 Iyul 2026 | 23:41

Poqaçar beşinci dəfə Tour de Franceın qalibi oldu

Sloveniyalı velosipedçi Tadey Poqaçar "Tour de France" çoxmərhələli veloyarışının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, Poqaçarın nüfuzlu veloturda beşinci qələbəsidir.

O, bu göstərici üzrə yarış rekordunu təkrarlayıb.

Daha əvvəl bu uğura belçikalı Eddi Merks, ispaniyalı Migel İndurayn, fransız velosipedçilər Jak Anketil və Bernar İno nail olublar.

27 yaşlı Poqaçar bundan əvvəl 2020, 2021, 2024 və 2025-ci illərdə "Tour de France"ın qalibi olub. Sloveniyalının hesabında, həmçinin "Giro d'Italia"nın (2024) ümumi təsnifatında qələbə və 2021-ci il Tokio Olimpiadasında qrup yarışında bürünc medal var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026