UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Berr-Şeva) matçına 25 min bilet satılıb.
Bu barədə Bakıvaxtı.az-a “Sabah” klubundan məlumat verilib. Bildirilib ki, hazırda satış davam edir və oyun saatına qədər bu sayın artacağı gözlənilir.
Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) matçı bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Stadionun 31 min 200 tamaşaçı tutumu var.
İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.




