• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyənin 15 gəmisi Hörmüzü tərk edib

DÜNYA

26 Iyun 2026 | 20:05 | Müəllif: Əli Hüseynov

Türkiyənin 15 gəmisi Hörmüzü tərk edib

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz boğazı və Bəsrə körfəzində gözləyən ölkəyə aid gəmilərin təhlükəsiz şəkildə bölgəni tərk etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Uraloğlu "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda bildirib ki, bölgədəki vəziyyət ilk gündən etibarən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə izlənilir.

Onun sözlərinə görə, iyunun 26-na olan vəziyyətə əsasən, müvafiq ərazidə gözləyən bütün gəmilər təhlükəsiz şəkildə çıxış edib.

"Ümumilikdə 15 gəmi təhlükəsiz şəkildə bölgəni tərk edib. Körfəzdə fəaliyyətini davam etdirən Türkiyəyə məxsus üç gəmi isə kommersiya fəaliyyətini davam etdirdiyi üçün bölgədən ayrılmaqla bağlı müraciət etməyib", – nazir qeyd edib.

A. Uraloğlu əlavə edib ki, sözügedən gəmilərdə ümumilikdə 99 Türkiyə vətəndaşı heyət üzvü var və hazırda Bəsrə körfəzindən ayrılmaq istəyən hər hansı Türkiyə gəmisinin müraciəti daxil olmayıb.

Nazir vurğulayıb ki, Türkiyə vətəndaşlarının və dənizçilərin təhlükəsizliyi ilə bağlı proses həssaslıqla izlənilməyə davam edir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026