• Bakı 30° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

İran Ukraynanı hədələdi

DÜNYA

26 Iyul 2026 | 18:12

İran Ukraynanı hədələdi

İran hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xəzər dənizində İslam Respublikasına məxsus ticarət gəmisinə endirdiyi zərbəni cavabsız qoymayacağını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fars" agentliyi İran parlamentinin vitse-spikeri Əli Nikzadın bəyanatına istinadən məlumat yayıb.

"Ölkəmizə və ərazimizə qarşı təcavüzün həyata keçirildiyi istənilən nöqtə, şübhəsiz ki, silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək. Ukrayna hökumətinin uzaqgörənlikdən uzaq addımları cavabsız qalmayacaq", - deyə o vurğulayıb.

Xatırladaq ki, ötən gün İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini, nəticədə ekipaj üzvlərindən birinin həlak olduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026