• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

CƏMİYYƏT

11 Sentyabr 2026 | 19:24 | Müəllif: Subhan Mahmudov

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Sentyabrın 12-si saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunda üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrini əhatə edəcək.

"Təmir səbəbilə sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq", - deyə məlumatda qeyd edilib.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR