• Bakı 21° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

“Rusiya qazına alternativ axtarırıq” - Paşinyan

DÜNYA

11 Sentyabr 2026 | 19:05 | Müəllif: Subhan Mahmudov

“Rusiya qazına alternativ axtarırıq” - Paşinyan

“Ermənistan Rusiya qazının mümkün bahalaşması fonunda təchizat mənbələrini şaxələndirməyə və alternativ marşrutlar axtarmağa davam edəcək”.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

Hökumət rəhbəri Moskvanın qiymət siyasətindən asılı olmayaraq İrəvanın irihəcmli qaz tədarükü üçün alternativ variantlar axtaracağını vurğulayıb:

“Belə təchizatçıların sayı nə qədər çox olarsa, ölkəmiz üçün bir o qədər faydalıdır. Əgər “Tramp marşrutu” üzrə qaz kəmərinin Ermənistandan keçməsi imkanı yaransa, – hansı ki, bundan həm də tranzit gəliri əldə edə bilərik – biz bu yolla da gedə bilərik”.

Nazirlər Kabinetinin iclasından sonra təşkil olunan brifinqdə çıxış edən Paşinyan respublikada qazın qiymətinin hazırda ən yüksək həddə olduğunu da diqqətə çatdırıb:

“Ermənistan Rusiya ilə yanaşı İrandan da qaz idxal edir. Bu qaz elektrik enerjisi istehsalı üçün istifadə olunur və hər kubmetrə 3 kilovat-saat hesablanmaqla geri qaytarılır, qalan artıq həcm isə müqaviləyə əsasən, Ermənistanda qalır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026