• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tuska qarşı sui-qəsd planı: Polşa hərəkətə keçdi

DÜNYA

11 Oktyabr 2026 | 15:17 | Müəllif: Subhan Mahmudov

Tuska qarşı sui-qəsd planı: Polşa hərəkətə keçdi

Polşa polisi Baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı yönəlmiş mümkün sui-qəsd planı barədə məlumat əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaleçka məlumat yayıb.

Məlumata görə, Daxili Təhlükəsizlik Agentliyinin Terrorla Mübarizə Mərkəzi polis, Dövlət Mühafizə Xidməti və kəşfiyyat orqanlarının nümayəndələrinin iştirakı ilə iclas keçirib.

Polşa hökumətinin sözçüsü Adam Şlapka bildirib ki, daxil olan xəbərdarlıq bu tipli əvvəlki məlumatlarla müqayisədə daha ciddi narahatlıq doğurur.

Şlapka təhlükəsizlik xidmətlərinin hazırda məlumatı yoxladıqlarını deyib.

İddia olunan sui-qəsdçi və ya mümkün həbslər barədə hələlik heç bir məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026