• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Məhkəmə bitənədək Afət Fərmanqızı blogerin adını çəkməyəcək 

ŞOU

11 Sentyabr 2026 | 13:32 | Müəllif: Əli Hüseynov

Məhkəmə bitənədək Afət Fərmanqızı blogerin adını çəkməyəcək

Bloger Sevinc Hüseynovanın müğənni Afət Fərmanqızı barəsində məhkəməyə verdiyi ərizəyə baxılıb. 

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Füzuli Rayon Məhkəməsində keçirilən prosesdə ərizəyə baxış zamanı qərar qəbul edilib. 

Qərara əsasən, ərizəçi Hüseynova Sevinc Bağman qızı barəsində yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həqiqətə uyğun olmayan, böhtan xarakterli, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, digər kütləvi informasiya vasitələrində, şəxsi hesablarında va digər hesablarda yayılması cavabdeh Afət Fərmanqızına qadağan edilsin.

Qərar məhkəmə prosesi yekunlaşanadək qüvvədədir. Qərara riayət edilmədiyi halda, Sevinc Hüseynovanın barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, bir müddət öncə Füzuli rayon Məhkəməsində müğənni Afət Fərmanqızının ərizəsi əsasında eyni qərar bloger Sevinc Hüseynova barəsində çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR