• Bakı 21° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ölən qızı 11 ay əvvəl boşanıbmış

ŞOU

11 Oktyabr 2026 | 00:33 | Müəllif: Günəş Mərd

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqlarını bildirib.

Haliloğlunun sözlərinə görə, uşaqlar hadisənin baş verdiyi gündən əvvəl Sezen Taşın öz istəyi və razılığı ilə onunla birlikdə Trabzona gəliblər:

"İki övladımın anası, 12 ilimi paylaşdığım keçmiş həyat yoldaşım Sezeni itirməyin ifadəolunmaz ağrısını və şokunu yaşayıram. Həqiqəti əks etdirməyən əsassız iddialar və vicdansızcasına aparılan kampaniyalar susmağımı mümkünsüz etdi.

Sezenlə evliliyimiz 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi və hüquqi qaydada sona çatıb. Uşaqlar hadisənin baş verdiyi gündən əvvəl Sezenin öz tələbi, razılığı və istəyi ilə mənimlə birlikdə Trabzona gəliblər. Özümü təmizə çıxarmaq naminə övladlarımın anasının xatirəsini incidəcək bircə kəlmə belə deməyəcəyəm". (axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026