• Bakı 23° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Paşinyan türk dövlətləri ilə dostlaşır

SİYASƏT

11 Sentyabr 2026 | 12:18 | Müəllif: Əli Hüseynov

Paşinyan türk dövlətləri ilə dostlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, telefon danışığı zamanı Ermənistan-Özbəkistan münasibətlərinin inkişaf etdirilməsi və ikitərəfli gündəmdə olan məsələlər müzakirə olunub.

Tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Ermənistan son dövrdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə daha çox diqqət yetirir. Paşinyan yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Bişkekdə görüş keçirib, ötən ay isə Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. O eyni zamanda Qırğızıstan lideri Sadır Japarovla da görüşüb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR