• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

250 min manatlıq dələduzluq etdi, tutuldu

HADİSƏ

11 Sentyabr 2026 | 15:02 | Müəllif: Əli Hüseynov

250 min manatlıq dələduzluq etdi, tutuldu

Naxçıvanda dövlət qurumunun adından istifadə edərək 250 min manatdan çox vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Bakıvaxtı.az xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldadan İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026