İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Renaunt- Magane" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı ağaca çırpıb.
Qəzanı törədənlər hadisə yerindən uzaqlaşıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Ömər

















