• Bakı 23° C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

"Zevs"in qardaşı azadlığa buraxıldı

HADİSƏ

10 Oktyabr 2026 | 20:02 | Müəllif: Günəş Mərd

"Zevs"in qardaşı azadlığa buraxıldı

Farmaniya.com dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyev məhkəmə zalından azadlığa buraxılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Unikal"a təqsirləndirilən şəxsin vəkili Nərminə Məmmədova məlumat verib. 

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Quliyev barəsində 1-ci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. 

Yekun qərara əsasən, Hüseyn Quliyevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə xitam verilib. Cinayət Məcəlləsinin 244-1.2.2 (qumar oyunu təşkil etmə və reklam etmə) maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.  

193-1.3.2-ci (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsi ilə Hüseyn Quliyevə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona 1 il 6 ay sınaq müddəti təyin edilib və dərhal məhkəmə zalından azadlığa buraxılıb. 

Eyni zamanda, cinayət yolu əldə edilmiş əmlak hesab edilən "Land Rover" markalı avtomobilin üzərindən həbs götürülməsi və onun sahibinə qaytarılması barədə də qərar qəbul edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026