• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Peskov: ABŞ-nin Ukrayna siyasətində ziddiyyətlər var

DÜNYA

26 Iyul 2026 | 19:30 | Müəllif: Gülşən Şərif

Peskov: ABŞ-nin Ukrayna siyasətində ziddiyyətlər var

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukrayna məsələsində mövqeyində ziddiyyətlərin olduğunu iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, Peskovun sözlərinə görə, Vaşinqton bir tərəfdən Ukraynaya silah tədarük edir, digər tərəfdən isə ABŞ Prezidenti Donald Tramp bu silahların kimə verildiyini bilmədiklərini və məsələnin NATO-nun məsuliyyətində olduğunu bildirir.

“Amerikanın mövqeyində belə bir ikililik müşahidə edirik. Bir tərəfdən onlar Ukraynaya silah göndərirlər. Baxmayaraq ki, Prezident Tramp deyir: guya biz kimə tədarük etdiyimizi bilmirik, biz NATO-ya veririk, qalan hər şey bizim işimiz deyil”, – deyə Peskov bildirib.

Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı Moskvanın bütün təkliflərini artıq açıqlayıb və Kiyev hakimiyyəti nə etməli olduğunu bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026