• Bakı 28° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Putin: Rusiya və Hindistan bütün sahələrdə əməkdaşlığı davam etdirir

DÜNYA

25 Avqust 2026 | 13:56

Putin: Rusiya və Hindistan bütün sahələrdə əməkdaşlığı davam etdirir

Rusiya və Hindistan demək olar ki, bütün sahələrdə birgə işləməyə davam edirlər. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşündə Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin görüş zamanı Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsinin artdığını qeyd edib. 

"Nüvə enerjisi, yüksək texnologiyalı əməkdaşlıq və digər sahələrlə bağlı bütün digər məsələlər gündəmdədir və hamısı olduqca inamla irəliləyir", - deyə Rusiya prezidenti bildirib.

Hindistanın xarici işlər naziri də öz növbəsində ikitərəfli iqtisadi əməkdaşlığın əhəmiyyətli dərəcədə artdığını qeyd edib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026