• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Si Cinpin: Çin və ABŞ düzgün yol tapa biləcəklər

DÜNYA

24 Sentyabr 2026 | 12:20 | Müəllif: Gülşən Şərif

Si Cinpin: Çin və ABŞ düzgün yol tapa biləcəklər

Çin və ABŞ iki böyük ölkə olaraq yeni dövrdə əməkdaşlıq üçün düzgün yol tapa biləcəklər. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin sədri Si Cinpin deyib.

Onun sözlərinə görə, 2026-cı il Çin və ABŞ-nin inkişafı üçün həlledici ildir:

"ABŞ Prezidenti Donald Trampın may ayında Çinə səfəri zamanı tərəflər iki ölkə arasında konstruktiv strateji sabitlik qurmaq barədə razılığa gəliblər ki, bu da ikitərəfli əlaqələrin daha da inkişafı üçün bir istiqamətə çevrilib. Çin və ABŞ eyni istiqamətdə hərəkət etməli və əməkdaşlığa, mülayim rəqabətə, idarəolunan fikir ayrılıqlarına və sülhə sadiqliyə əsaslanan sabit münasibətləri təşviq etməlidirlər".

Qeyd edək ki, Çin Prezidenti Si Cinpin 23 sentyabrda Amerika tərəfinin dəvəti ilə ABŞ-də dövlət səfərindədir. Səfər 25 sentyabra qədər davam edəcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026