• Bakı 27° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

NYT: ABŞ Yaxın Şərqə təxliyə edilən diplomatlarını geri qaytara bilər

DÜNYA

25 Avqust 2026 | 15:52

NYT: ABŞ Yaxın Şərqə təxliyə edilən diplomatlarını geri qaytara bilər

ABŞ Dövlət Departamenti İrana qarşı əməliyyat öncəsi və zamanı Yaxın Şərqdən təxliyə edilən diplomatların bölgəyə qaytarılmasına hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. 

Bildirilir ki, diplomatların geri qayıtması artıq bu həftə başlaya bilər. Bu addım ABŞ administrasiyasının bölgədə yenidən genişmiqyaslı döyüşlərin başlamayacağına inandığını göstərə bilər.

Plana əsasən, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Livandakı diplomatik nümayəndəliklərin 85, İraq, Küveyt və Bəhreyndəkilərin isə 75 faiz heyətlə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026