• Bakı 17° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Tramp göstəriş verdi: Cənubi Koreya ilə...

DÜNYA

25 Avqust 2026 | 19:20 | Müəllif: Subhan Mahmudov

Tramp göstəriş verdi: Cənubi Koreya ilə...

Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bildirən ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirakından narazılığını ifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində paylaşımında bu təlimlərin həm böyük maliyyə xərcləri yaratdığını, həm də onun prezidentliyi dövründə ABŞ-yə qarşı təhdid və hörmətsiz davranmayan Şimali Koreyaya düşməncəsinə siqnal göndərdiyini qeyd edib.

“Buna görə də, təlimlərin ləğvi üçün artıq gec olduğunu nəzərə alaraq, Hərbi katib Pit Heqsetə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verdim”, – deyə Tramp bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026