• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bloomberg: Texnoloji geriləmə Aİ-nin mövqeyini zəiflədib

DÜNYA

24 Sentyabr 2026 | 15:55 | Müəllif: Gülşən Şərif

Bloomberg: Texnoloji geriləmə Aİ-nin mövqeyini zəiflədib

Texnoloji geriləmə və daxili fikir ayrılıqları Avropa Birliyinin qlobal səhnədəki mövqeyini zəiflədib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Aİ-nin beynəlxalq proseslərə təsir etmək qabiliyyəti bir neçə amillə məhdudlaşır.

Amerika silah və texnologiyasından asılılıq, özünün əsas yüksək texnologiyalı oyunçularının olmaması və blokun öz daxilində fikir ayrılıqları Aİ-nin mövqeyinə mənfi təsir göstərir. Aİ-nin səsi Yaxın Şərq məsələləri ilə bağlı eşidilmir və Aİ Ukrayna ilə Rusiya arasında danışıqlara dəvət olunmur.

Nəşr qeyd edir ki, 2020-ci ildən bəri Aİ-nin müdafiə xərclərinin artması ABŞ və Asiya ölkələri ilə texnoloji fərqin azalmasına səbəb olmayıb. Həmçinin Avropa avtomobil sənayesi də ciddi təzyiq altındadır. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026