• Bakı 31° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Al-Hadath: İran ABŞ ilə danışıqları bərpa etməyə hazırdır

DÜNYA

26 Iyul 2026 | 19:24

Al-Hadath: İran ABŞ ilə danışıqları bərpa etməyə hazırdır

İran ABŞ-lə danışıqlardan çıxmadığını, yalnız danışıq prosesini müvəqqəti dayandırdığını Pakistana bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Al-Hadath telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tehran Vaşinqtonla əlaqələrdə vasitəçi rolunu oynayan Pakistana danışıqlardan çıxmadığını, yalnız onları müvəqqəti dayandırdığını çatdırıb.

Bildirilir ki, İran ABŞ ilə daha əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumu əsasında danışıqların davam etdirilməsinin zəruri olduğunu hesab edir.

Mənbələrin iddiasına görə, Tehran ilk mərhələdə Hörmüz boğazı ətrafındakı vəziyyətin müzakirəsini, daha sonra dondurulmuş aktivlərin blokdan çıxarılmasını, bundan sonra isə nüvə proqramı məsələsinin gündəmə gətirilməsini təklif edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026