• Bakı 30° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Çində daşqınlar: 10 nəfər ölüb, 23 nəfər yaralanıb

DÜNYA

26 Iyul 2026 | 18:20

Çində daşqınlar: 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Çinin şimal-qərbindəki Qansu əyalətində leysan yağışları nəticəsində azı 10 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Dinsi şəhər dairəsinin Veyyuan qəzasının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Bazar günü gündüz saatlarında Qansu əyalətində turizm bölgəsinə yağan güclü leysan yağışları daşqına səbəb olub. Son məlumatlara görə, bunun nəticəsində 10 nəfər həlak olub, 23 nəfər yaralanıb", - məlumatda bildirilib.

Daşqınlar nəticəsində həmin dairədə düşərgə salan bir neçə turist köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində polis əməkdaşları, yanğınsöndürənlər və digər fövqəladə xidmət işçiləri çalışır. Axtarış-xilasetmə əməliyyatı davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026