• Bakı 24° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Hakan Fidandan MÜHÜM AÇIQLAMA: "Türkiyə hazırdır"

DÜNYA

26 Iyun 2026 | 20:43

Hakan Fidandan MÜHÜM AÇIQLAMA: Türkiyə hazırdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsi Rusiya ilə Ukrayna arasındakı münaqişənin mümkün qədər tez bitməsini istəyir və nümayəndə heyətləri arasında danışıqları yenidən təşkil etməyə hazırdır.

Bakıvaxtı.az "Report"-a istinadla xəbər verir ki, o, bunu Ottavada kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib.

"Biz Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə və beynəlxalq hüquq əsasında mümkün qədər tez bitməsini istəyirik. Hazırda diplomatik prosesdə durğunluğun, münaqişənin şiddətlənməsinin və hər iki tərəfin hərbi uğura nail olmağa diqqət yetirməsinin şahidi oluruq. Diplomatik proses mümkün qədər tez bərpa olunmalıdır. Bu kontekstdə, əvvəllər hər iki tərəfə dediyim kimi, beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirəm ki, biz Rusiya və Ukrayna nümayəndə heyətlərini ölkəmizdə danışıqlar masasında bir araya gətirməyə hazırıq", - deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR