• Bakı 30° C

    10.93 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Lula da Silva ABŞ-nin yeni rüsumlarını tənqid etdi

DÜNYA

26 Iyul 2026 | 20:36

Lula da Silva ABŞ-nin yeni rüsumlarını tənqid etdi

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva ABŞ-nin Braziliya məhsullarına tətbiq etdiyi yeni gömrük rüsumlarını "strateji səhv" adlandırıb və bunun iki ölkə arasındakı iqtisadi əməkdaşlığa zərər vurduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Luiz İnasiu Lula da Silva "The Washington Post" qəzetində dərc olunan məqaləsində yazıb.

Braziliya liderinin sözlərinə görə, yeni tariflər təkcə ədalətsiz deyil, həm də ABŞ iqtisadiyyatına və Vaşinqtonun Braziliya ilə tərəfdaşlığına mənfi təsir göstərir.

O qeyd edib ki, Braziliyadan ABŞ-yə ixracın həcmi artıq 1997-ci ildən bəri ən aşağı səviyyəyə enib.

Lula da Silva bildirib ki, 2025 və 2026-cı illərin ilk altı ayı müqayisə edildikdə, Braziliya ilə ABŞ arasında ticarət dövriyyəsi 12,8 faiz azalıb. Eyni dövrdə Avropa İttifaqı ilə ticarət 6,1 faiz, Çinlə isə 15,9 faiz artıb.

Prezident vurğulayıb ki, orta müddətli perspektivdə bu rüsumlar istehsal zəncirlərini pozacaq və Braziliya şirkətləri ABŞ tədarükçülərini digər tərəfdaşlarla əvəz edəcəklər.

Onun fikrincə, bu vəziyyət ABŞ-nin milli təhlükəsizlik strategiyasında bəyan etdiyi maraqlarla Qərb yarımkürəsinə münasibətdə həyata keçirdiyi siyasət arasında uyğunsuzluğu göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026