"Ukrayna ərazisinin həm suda, həm də quruda təxminən 25%-i partlayıcı maddələrlə çirklənib və müharibə nəticəsində ətraf mühitə dəyən ziyanın miqdarı artıq 138 milyard avro təşkil edir".
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Polşanın Qdansk şəhərində təşkil edilən Ukraynanın Yenidənqurulması üzrə Konfransda (URC 2026) İqtisadiyyat, Ətraf Mühit və Kənd Təsərrüfatı naziri Aleksey Sobolev bildirib. O qeyd edib ki, Ukrayna ərazisinin böyük bir hissəsi çirklənib :
"Bəzi ekosistemlər və təbii xüsusiyyətlər itirilib. Yüz minlərlə insan içməli suya həsrət qalıb".
Aydın Baxış
Bakı 



