• Bakı 21° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Tramp Avropa ölkələrini 100%-lik rüsumlarla hədələdi

DÜNYA

26 Iyun 2026 | 22:12 | Müəllif: Ayyət Əhməd

Tramp Avropa ölkələrini 100%-lik rüsumlarla hədələdi

ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi qoyan istənilən ölkənin ABŞ-yə ixrac etdiyi mallara 100 faizlik gömrük rüsumu tətbiq etməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar lideri "Truth Social" platformasında paylaşım edib.

"Avropanın bir çox ölkəsi ABŞ şirkətlərinə qarşı rəqəmsal xidmətlər vergisinin tətbiqini müzakirə edir. Həmin ölkələrdən bəziləri artıq bu qərarı reallaşdırmağa çox yaxındır.

Qoy bu bəyanat rəqəmsal xidmət vergisi müəyyənləşdirən istənilən ölkəyə aydın mesaj olsun: Belə ölkələrin ABŞ-yə ixrac etdiyi bütün mallara dərhal 100 faizlik gömrük rüsumu tətbiq olunacaq", - deyə Tramp vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026