• Bakı 16° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Konqoda Eboladan ölənlərin sayı çoxalıb

DÜNYA

26 Iyun 2026 | 23:58 | Müəllif: Ayyət Əhməd

Konqoda Eboladan ölənlərin sayı çoxalıb

Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 48 nəfər artaraq 1203-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Konqo Rabitə və Media İşləri Nazirliyi gündəlik bülletenində məlumat verib.

Eboladan ölənlərin sayı dünənkindən 17 nəfər çox olmaqla 321 nəfərə çatıb. Ölüm nisbəti isə 26,6%-dir. Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Onun episentri İturi əyalətindədir. Qonşu Uqandada da Eboladan yoluxma və ölüm halları var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026