• Bakı 24° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Müharibə: ABŞ 50 milyard, İran isə 1 trilyon dollar itirib

DÜNYA

26 Iyun 2026 | 22:07

Müharibə: ABŞ 50 milyard, İran isə 1 trilyon dollar itirib

ABŞ prezidenti Donald Tramp İran təhdidini aradan qaldırdığını iddia etsə də, rəqəmlərin və faktlar ortaya ağır nəticələr qoyur. ABŞ həqiqətən İran ordusunu zəiflədibmi? Son 4 ayda neçə raket və dron məhv edilib?

Bakıvaxtı.az "franceinfo.fr"ə istinadən xəbər verir ki, 13 Amerika əsgəri həlak olub. İranda rəsmi rəqəm yoxdur, lakin İran insan haqları təşkilatına görə, 1700 mülki şəxs də daxil olmaqla ən azı 3636 nəfər ölüb.

Müharibə hər iki ölkəyə çox baha başa gəlib. ABŞ-də Pentaqon rəsmi olaraq, 29 milyard dollar hərbi itki verdiklərini elan edib. Lakin ekspertlər bu rəqəmin ən azı 50 milyard dollar olduğunu düşünürlər. Administrasiyanın hesablamalarına Küveyt kimi Yaxın Şərqdəki Amerika bazalarına dəyən ziyan daxil deyil. Səkkiz fərqli ölkədə ən azı 16 ABŞ hərbi bazası ciddi şəkildə zədələnib. Bəziləri faktiki olaraq istifadəyə yararsızdır.

İranda isə dağıntılar o qədər genişdir ki, iqtisadi təsirin ölçülməsi çətindir: 300 milyard dollardan 1 trilyon dollara qədər. Təkcə Hörmüz boğazının blokadası Tehrana gündə 435 milyon dollara başa gəlib və bu da onun neft ixracına mane olub.

Döyüşdə İran 155 gəmi, ABŞ isə 42 təyyarə itirib. Amerika 4500-dən çox bahalı raket, İran tərəfində isə 4400 dron istifadə edib. 

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR