AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə siyasi baxımdan bir neçə mühüm məqamı ortaya qoyur.
Bunu politoloq Aydın Tağıyev Strasburqda keçirilən yay sessiyasında Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın daxilində siyasi və ictimai azadlıqların vəziyyətinə dair qəbul etdiyi ayrıca sənədə münasibət bildirərkən Bakıvaxtı.az-a deyib.
Onun sözlərinə görə, qətnamə hüquqi baxımdan məcburi deyil, lakin siyasi rıçaq kimi istifadə olunur:
"Bu, Azərbaycanın müstəqil siyasətinə qarşı Qərbin təzyiq mexanizmi kimi görünür, ancaq boş və mənasız qərarlar heç bir əhmiyyət kəsb etmir".
Müsahibimiz qeyd edib ki, bu kimi ikli stadartlarlar ölkəmizə qarşı hər zaman olub və olacaq. Politoloq bunu mənasız sənəd toplusu adlandırır:
"Bu cür yanşmalarda hər zaman Ermənistanın işğalçı siyasəti və təcavüz faktları çox vaxt kölgədə qalır, Azərbaycan isə haqsız tənqid hədəfinə çevrilir.
Fikrimcə, bu cür addımlar, qətnmələr onların regiondakı təsirini artırmaq, gücləndirmək niyyəti ilə bağlıdır. Öz aləmlərində Azərbaycanı öz orbitlərinə salmaq cəhdi mənasızdır".

Aydın Tağıyev, politoloq
A.Tağıyev bu qətnanəni Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı yönəlmiş təzyiq hesab edir:
"Yenə də deyirəm, bu, kağız parçasından artıq bir şey deyil".
Politoloq yekunda bir daha vurğulayıb ki, AŞPA-nın qətnaməsi Azərbaycan üçün siyasi təzyiq cəhdi kimi görünür:
"Azərbaycan suveren siyasətini davam etdirir, enerji və təhlükəsizlik üstünlükləri sayəsində öz sözünü qlobal arenada deyir".
Murad Məmmədli
Bakı 



