• Bakı 27° C

    17.09 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Dünən ölən prokuror vəzifəli şəxsin oğlu imiş - FOTO

SİYASƏT

27 Iyul 2026 | 09:38

Dünən ölən prokuror vəzifəli şəxsin oğlu imiş - FOTO

Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhərinin Corat qəsəbəsində Hüseynli Ümid Taməddin oğlu dənizdə boğularaq həyatını itirib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Ümid əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndindən olub.

Onun atası Taməddin Hüseynov 3 saylı Babək–Şahbuz–Kəngərli Dairə Seçki Komissiyasının sədridir.

Ümid Hüseynli ali hüquq təhsili alıb. O, hələ orta məktəb illərində də nümunəvi təhsili və fəallığı ilə seçilən şagirdlərdən biri olub.

Yaxınlarının sözlərinə görə, Ümid yüksək insani keyfiyyətləri, nümunəvi davranışı və peşəkarlığı ilə ətrafında böyük hörmət qazanmışdı.

Qeyd edək ki, Ümid Hüseynli Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışırdı. O, prokurorluq orqanlarına qəbul imtahanında yüksək nəticə göstərərək bu məsul vəzifəyə qəbul olunmuşdu.

Allah rəhmət eləsin!

Rəşid Muxtar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026