• Bakı 23° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Azərbaycanlı generalın bu görüntüləri VİRAL OLDU - FOTO+VİDEO

SİYASƏT

27 Iyun 2026 | 11:13

Azərbaycanlı generalın bu görüntüləri VİRAL OLDU - FOTO+VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən məzun günü tədbirindən lentə alınan səmimi görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

Bakıvaxtı.az xəbər verir ki, tədbir zamanı təhsil müəssisəsinin rəisi, general-mayor Ümidvar Quliyev məzunlarla və onların ailə üzvləri ilə yaxından ünsiyyət qurub. Diqqət çəkən məqamlardan biri isə onun tədbirdə iştirak edən balaca uşaqla səmimi söhbəti olub.

Kadrlarda general-mayor Ümidvar Quliyevin uşağa gülərüzlə müraciət etdiyi, onunla söhbət etdiyi və sonda əlini sıxdığı əks olunub. Balaca qonağın da bu səmimi münasibətə sevinc dolu reaksiyası tədbir iştirakçılarının diqqətini çəkib.

Qısa müddətdə sosial mediada yayılan görüntülər istifadəçilər tərəfindən müsbət qarşılanıb. Paylaşımlarda hərbi rəhbərin sadəliyi, uşaqlara göstərdiyi diqqət və insani davranışı xüsusi vurğulanıb. Bir çox sosial şəbəkə istifadəçisi bu cür səmimi anların hərbçilərlə cəmiyyət arasında mənəvi bağlılığı daha da gücləndirdiyini qeyd edib.

Qeyd edək ki, Ümidvar Əzizalı oğlu Quliyev Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Vətən müharibəsi iştirakçısı və Heydər Əliyev adına Hərbi İnstitutun rəisidir. O, peşəkar hərbçi kimi uzun illər müxtəlif komandanlıq və qərargah vəzifələrində xidmət edib. İmişli rayonunun Oruclu kəndində anadan olan Ümidvar Quliyev 2001-ci ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbini bitirib. Sonrakı illərdə hərbi bilik və bacarıqlarını artırmaq məqsədilə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında da təhsil alıb. Xidməti dövründə Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində rəhbər vəzifələrdə çalışaraq zabit kimi zəngin idarəçilik təcrübəsi qazanıb. 2020-ci ildə baş vermiş Vətən müharibəsində iştirak edən Ümidvar Quliyev döyüş əməliyyatlarında göstərdiyi xidmətlərə görə "Qarabağ" ordeni, həmçinin "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. 2025-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Ümidvar Quliyevə "general-mayor" ali hərbi rütbəsi verilib. Hazırda o, Azərbaycan Silahlı Qüvvələrinin perspektivli hərbi rəhbərlərindən biri kimi fəaliyyətini davam etdirir.

Murad İsmayıl

Sözügedən görüntüləri təqdim edirik.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026