Fransanın keçmiş prezidenti Fransua Olland “Jan-Jak Burdin”in “BourdinMedia” podkastında qonaq olub.
Bakıvaxtı.az “actu.voici.fr”ə istinadən xəbər verir ki, müsahibə zamanı keçmiş prezident malik olduğu sərvət də daxil olmaqla bir sıra mövzular haqqında səmimi danışıb. Aparıcı ondan özünü "varlı" hesab edib-etmədiyini soruşub. Keçmiş prezident maraqlı cavab verib:
“Biz həmişə bəziləri ilə müqayisədə varlı, digərləri ilə müqayisədə daha az varlıyıq. Şübhəsiz ki, mən bəzi milyarderlərdən və milyonerlərdən daha az varlıyam, amma yenə də ən imtiyazlı kateqoriyaya aid olduğum doğrudur. Buna görə də cavab verirəm ki, bəli, mən varlıyam, çünki yüksək vəzifəli dövlət qulluqçusu idim, mandatlarım var idi, amma siyasətlə məçğul olmasaydım, daha da rahat maddi vəziyyətdə ola bilərdim”.

F.Olland 2012-ci ilin may ayında vəzifəyə başladıqdan sonra verdiyi ilk siyasi qərarı hamıya xatırladıb:
“Mən Respublika Prezidentinin müavinətini 30% azaltdım. İndi bu, təxminən 13 min avro xalis məbləğdir. Bu rəqəm minimum əmək haqqı alan biri üçün on dəfə çoxdur. Amma Amerika prezidenti, Almaniya kansleri və Britaniya baş naziri Fransa prezidentindən xeyli çox maaş alırlar. Məsələ belədir”.
Xatırladaq ki, Fransua Olland 2012-ci ilin may ayından 2017-ci ilin may ayına qədər Fransa Respublikasının Prezidenti olub.
Aydın
Bakı 



