• Bakı 24° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

SİYASƏT

27 Iyun 2026 | 12:34

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

"Türkiyənin ilk onluqda yer aldığı və 60 meyarı nəzərə almaqla Global Firepower (GFP) tərəfindən hazırlanan Güc İndeksində (Power Index) Cənubi Qafqazda ən güclü orduya malik olmaqla Azərbaycan 2026-cı il üzrə ilk atmışlıqda yer alıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin siyahıda Gürcüstan 95, Ermənistan isə 101-ci sırada qərarlaşıb.

"Təşkilatın qiymətləndirmələrinə görə, son illər Azərbaycanın hərbi strategiyası ciddi modernləşmə mərhələsindən keçib. ABŞ analtikləri etiraf edirlər ki, Azərbaycan Silahlı Qüvvələri müasir müharibə taktikası və qabaqcıl texnologiyalardan istifadəsi ilə seçilir.

Digər ABŞ təşkilatının, “US News & World Report”un hesabatına görə isə, Azərbaycan Silahlı Qüvvələri dünya miqyasında 29-cu yerdə olmaqla dünyanın ən güclü orduları sırasındadır. Göründüyü kimi, Silahlı Qüvvələrimiz dünyada hazırda gücünə görə seçilən ordulardandır. Azərbaycan ordusu daha da modernləşir və güclənir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026