• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

 "İskəndər" raket istehsalı zavodu vuruldu

DÜNYA

27 Iyun 2026 | 14:59 | Müəllif: Əli Hüseynov

"İskəndər" raket istehsalı zavodu vuruldu

Rusiyanın Volqoqrad vilayətində zavoda raket hücumu nəticəsində yaralıların sayı 11-ə çatıb, bir nəfər həyatını itirib.

Bakıvaxtı.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.

"Fəsadların aradan qaldırılması zamanı müəssisə işçisinin cəsədi aşkarlanıb. Həlak olan şəxsin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə qubernator bildirib.

Qeyd edilir ki, müəssisənin daha bir işçisinin axtarışları davam edir. Xəstəxanaya yerləşdirilən iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026