• Bakı 23° C

    13.39 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğradı

DÜNYA

27 Iyun 2026 | 15:47

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğradı

İyunun 27-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri MiQ-29 qırıcı təyyarəsi ilə əlaqəni itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

    Bildirilib ki, pilot döyüş tapşırığını Poltava vilayətinin səmasında yerinə yetirərkən təyyarə ilə əlaqə kəsilib.

    Hazırda təyyarənin qəzaya uğramasının səbəbləri və hadisənin başvermə şəraiti araşdırılır.

    "Biz təyyarənin itirildiyini təsdiqləyirik. Lakin ukraynalı pilot uğurla katapult edib, axtarış-xilasetmə qrupu ilə əlaqə saxlayıb və operativ şəkildə müayinə və zəruri tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə çatdırılıb", - deyə məlumatda qeyd edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Iyun 2026