• Bakı 26° C

    15.8 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

"Yunanıstan Türkiyənin raket tədarükünə mane olur" iddiasına CAVAB

DÜNYA

27 Iyul 2026 | 15:45

Yunanıstan Türkiyənin raket tədarükünə mane olur iddiasına CAVAB

Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi (DMM) Yunanıstanın gizli diplomatik gedişlərlə Türkiyənin raket və müdafiə sursatı almasına mane olduğu barədə iddiaları təkzib edib.

Bakıvaxtı.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, mərkəzin yaydığı bəyanatda bu iddiaların tamamilə əsassız olduğu bildirilib.

Vurğulanıb ki, Türkiyə müdafiə sənayesindəki yerli istehsal strategiyası sayəsində ehtiyac duyduğu raket və müdafiə sistemlərinin böyük hissəsini daxili imkanları ilə qarşılayır. Beynəlxalq bazarlardan həyata keçirilən tədarük prosesləri isə heç bir maneə olmadan, planlaşdırıldığı kimi davam edir. Mediada yer alan bu cür xəbərlərin ictimaiyyəti manipulyasiya etmək məqsədi daşıdığı qeyd olunub.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026