• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

AZAL Naxçıvan reyslərini ləğv etdi

SİYASƏT

27 Iyun 2026 | 14:23 | Müəllif: Əli Hüseynov

AZAL Naxçıvan reyslərini ləğv etdi

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Bu barədə Bakıvaxtı.az "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026