• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

General bu vəzifəyə gətirilə bilər - FOTO

SİYASƏT

27 Iyun 2026 | 13:53 | Müəllif: Əli Hüseynov

General bu vəzifəyə gətirilə bilər - FOTO

Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə ştat olaraq təsdiqlənməsi ehtimal edilən şəxsin adı bəlli olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu şəxs general-mayor Azər Heybətlidir.

Məlumata görə, o hazırda sözügedən Baş İdarənin rəisi vəzifəsini müvəqqəti icra edir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov aprel ayında vəzifəsindən azad edilib.

Xatırladaq ki, general-mayor Azər Heybətli Azərbaycan Ordusunun rəhbər heyətində təmsil olunan zabitlərdəndir. O, hərbi xidmətinin müxtəlif mərhələlərində taqım komandiri, bölük komandiri və digər komanda vəzifələrində çalışıb. Azər Heybətli Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarındandır.

Açıq mənbələrdə yer alan məlumatlara görə, o, bir müddət Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi kimi fəaliyyət göstərib. 

Murad İsmayıl


General bu vəzifəyə gətirilə bilər - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026