• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Salah ZƏDƏLƏNDİ

İDMAN

27 Iyun 2026 | 16:38 | Müəllif: Əli Hüseynov

Salah ZƏDƏLƏNDİ

Misir yığmasının kapitanı Məhəmməd Salah 2026-cı il dünya çempionatının qrup mərhələsində İranla matçda (1:1) zədələnib. Hücumçu 57-ci dəqiqədə əvəzlənməyi xahiş edib.

Bakıvaxtı.az xəbər verir ki, Misir yığmasının baş məşqçisi 34 yaşlı forvardın bud əzələsində problemin yarandığını təsdiq edib. Misir Futbol Assosiasiyası bildirib ki,futbolçu zədənin ağırlıq dərəcəsini müəyyən etmək üçün tibbi müayinəyə göndərilib. Bərpa müddətləri ilə bağlı təfərrüat hələlik açıqlanmır.

Qeyd edək ki, Misir yığması beş xal toplayaraq qrupda ikinci yeri tutaraq tarixində ilk dəfə pley-offa çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026