• Bakı 20° C

    14.57 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

"Hizbullah" İsraillə döyüş əməliyyatlarını davam etdirmək niyyətindədir

DÜNYA

27 Iyun 2026 | 19:34

Hizbullah İsraillə döyüş əməliyyatlarını davam etdirmək niyyətindədir

"Hizbullah" qruplaşması Livanla çərçivə sazişinin bağlanmasına baxmayaraq, İsrailə qarşı döyüş əməliyyatlarını dayandırmaq niyyətində deyil.

Bakıvaxtı.az xəbər verir ki, radikalların lideri Naim Qasımın müvafiq bəyanatı hərəkatın "Telegram" kanalında yayımlanıb.

"Biz işğalı dəf etmək üçün döyüş meydanında müqaviməti davam etdirəcəyik. Ən çətin şəraitdə döyüş meydanını tərk etməmişik və etməyəcəyik", - o bildirib.

Qasımın sözlərinə görə, bir gün əvvəl Vaşinqtonda İsrail və Livan arasında bağlanmış çərçivə sazişi "zillət, rüsvayçılıq və suverenlikdən imtinadır".

"Bu saziş etibarsızdır və İran-Amerika anlaşma memorandumunun müddəaları tətbiq edilməlidir. Biz bütün zəruri vasitələrlə və beynəlxalq təzyiq yolu ilə İsrail tərəfinin memorandumun birinci bəndini yerinə yetirməsinə və öz qoşunlarını Livandan çıxarmasına nail olacağıq", - o vurğulayıb.

Bir gün əvvəl Livan və İsrail ABŞ Dövlət Departamentində münaqişənin nizamlanmasına dair çərçivə sazişi imzalayıb. Bu, İsrail qoşunlarının Livan ərazisindən tədricən çıxarılmasını nəzərdə tutur.

Buna baxmayaraq, İsrail sazişin imzalanmasından bir gün sonra Livanın cənubundakı Nəbatiyyə rayonuna hücum edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026