İslandiyada Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqların bərpası ilə bağlı keçiriləcək referendumda vaxtından əvvəl səsvermə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Səsvermə zamanı vətəndaşlar “İslandiya Aİ-yə qoşulmaq üzrə danışıqları bərpa etməlidirmi?” sualına cavab verəcəklər. Referendumun əsas mərhələsi avqustun 29-da baş tutacaq.
Xatırladaq ki, İslandiya Aİ-yə daxil olmaq üçün ilk dəfə 2009-cu ildə müraciət edib, lakin danışıqlar 2015-ci ildə dayandırılıb. Hazırda ölkə Avropa İqtisadi Zonasına və Şengen zonasına daxildir.
İslandiya hakimiyyəti əvvəlcə bu prosesi 2027-ci ilə qədər bərpa etməyi planlaşdırırdı. Lakin geopoliitk gərginliyin artması, xüsusən də ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya iddiaları və tətbiq etdiyi gömrük rüsumları fonunda referendumun tarixi cari ilin avqust ayına çəkilib.
Qeyd edək ki, bir qədər əvvəl Finlandiya Prezidenti Avropa İttifaqının tərkibini 27 ölkədən 40 ölkəyə qədər genişləndirməyi təklif etmişdi.
Bakı 



