Avropa İttifaqı Çexiya, Xorvatiya, Almaniya, Portuqaliya, Slovakiya, İsveç və Türkiyədən Fransaya yeddi təyyarə və dörd helikopter göndərib.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, təyyarələrin əksəriyyəti "RescEU" yanğınsöndürmə donanmasını bir hissəsidir.
Bildirilib ki, Avropa Komissiyası 300 000-dən çox insanın təxliyəsinə səbəb olan meşə yanğınları ilə mübarizədə Fransa və İspaniyaya kömək etmək üçün mülki müdafiə mexanizmindən istifadə edib.
Aİ-nin Təcili Yardım Koordinasiya Mərkəzi hansı əlavə dəstəyin səfərbər edilə biləcəyini qiymətləndirmək üçün Fransa və İspaniya hakimiyyət orqanları ilə sıx əlaqə saxlayır.
Gülşən Şərif
Bakı 



