• Bakı 21° C

    14.57 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

İran ABŞ-ı hədələdi: Cavab sərt olacaq!

DÜNYA

27 Iyun 2026 | 18:26

İran ABŞ-ı hədələdi: Cavab sərt olacaq!

ABŞ regiondakı öz proksi qüvvələrinin hərəkətlərini dəstəkləməklə anlaşma memorandumunun birinci maddəsini, Hörmüz boğazında gərginlik yaratmağa davam etməklə isə beşinci maddəsini pozub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi X səhifəsində yazıb.

“Anlaşma memorandumunun istənilən maddəsinin pozulmasına cavab sürətli və qətiyyətli olacaq”, - M.Rzayi əlavə edib.

Qeyd edək ki, gecə saatlarında ABŞ və İran bir-birilərinə qarşılıqlı zərbələr endirib. Bir müddət əvvəl isə Tehranda partlayışlar olması ilə bağlı məlumat yayılsa da, rəsmi açıqlama verilməyib./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026