q
  • Bakı 11° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedir

DÜNYA

28 Aprel 2026 | 22:19

Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedir

Slovakiya Baş naziri Robert Fitso Avropa ölkələri ona uçuş icazəsi vermədikdən sonra Qələbə Günü münasibətilə Moskvaya avtomobillə getməyi düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TVN24 məlumat yayıb.

“Fitsonun Moskvaya avtomobillə səfəri ciddi şəkildə nəzərdən keçirilir, çox güman ki, mümkündür. Slovakiya Baş naziri alternativ uçuş marşrutu tapa bilsə, vəziyyət dəyişə bilər, amma Avropa Birliyi liderləri belə bir səfərə həvəsli deyillər”, - mənbə bildirib.

Qeyd olunub ki, bu durumda Bratislavanın Fitsonun keçəcəyi ölkələrdən heç bir icazə istəməsinə ehtiyac qalmayacaq.

Latviya, Litva, Estoniya və Polşa Slovakiya Baş nazirinə öz hava məkanlarından Rusiyaya uçuş icazəsi verməyib./Teleqraf


SON XƏBƏRLƏR

28 Aprel 2026